Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB-nın 30 milyon manat həcmində 28 gün Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

AMB-nın 30 milyon manat həcmində 28 gün Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

16 noyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2033024707 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 28 gün qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 10 investor tərəfindən qiymət intervalı 99.6752 (4.19%) manat və 99.7363  (3.4%) manat olan 18 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 59,017,800 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.7054 (3.8%) manat, orta ölçülmüş qiyməti isə 99.7218 (3.59%) manat olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 14.12.2022-ci ildir. Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı