Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: İllik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir - BBN

AMB: İllik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun hərəkət edir

Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya uyğun formalaşır və hədəf intervalı daxilində qalır. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

AMB-nin açıqlamasına görə, 2025-ci ilin oktyabrında 12 aylıq inflyasiya 5,9% təşkil edib. İllik qiymət artımı qida, alkoqollu içkilər və tütün məhsulları üzrə 8,2%, ödənişli xidmətlər üzrə 5,6%, qeyri-qida məhsulları üzrə isə 2,5% olub. Baza inflyasiya isə 5% səviyyəsində qeydə alınıb.

Qurum bildirir ki, faktiki inflyasiya əsasən xarici və daxili xərc amillərindən təsirlənir. AMB-nin baza ssenarisinə əsasən, 2025-ci ilin sonuna və 2026-cı ildə illik inflyasiyanın hədəf daxilində qalacağı proqnozu dəyişməzdir. Son meyillər növbəti il üçün inflyasiya proqnozunun azalma istiqamətində yenilənə biləcəyini göstərir.

AMB əlavə edib ki, uçot dərəcəsi üzrə əvvəlki iclasdan bu yana inflyasiya risklərinin balansında artırıcı faktorlar nisbətən zəifləyib. Bununla belə, geosiyasi gərginlik və qlobal ticarət mühitindəki dəyişkənlik əmtəə və maliyyə bazarlarında qeyri-müəyyənlikləri yüksək səviyyədə saxlayır.

Qurum qeyd edir ki, əsas xarici risk idxal qiymətlərinin daxili inflyasiyaya ötürülmə ehtimalı ilə bağlıdır və bu, ticarət tərəfdaşlarında inflyasiya prosesləri, həmçinin nominal effektiv məzənnənin dinamikasından asılı olacaq. Daxili risklər isə əsasən təklif-xərc amilləri ilə formalaşır. 2026-cı il dövlət büdcəsinin ilkin parametrləri və kredit qoyuluşlarının artım tempinin zəifləməsi isə məcmu tələbin izafi artımı riskini azaldır.

Related posts

Xalq Bank sərfəli avtokredit şərtləri təqdim edir

Son 1 ildə Azərbaycanda pul bazası 15% artıb

AccessBank Gəncədə ikinci filialı ilə xidmət şəbəkəsini genişləndirdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı