Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsi hökumətə təqdim edilib - BBN

AMB: “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsi hökumətə təqdim edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) kredit bazarında şəffaflığı artırmaq üçün “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsi hazırlayıb.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının Maliyyə sektorunun dayanıqlı inkişafı departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən “Asia SME Monitor 2025” seminarında deyib.

O bildirib ki, yeni qanun Asiya İnkişaf Bankının (ADB) dəstəyi ilə hazırlanıb və razılaşdırılmaq üçün hökumətə təqdim edilib. Sənədin məqsədi – banklar və bizneslər arasında məlumat boşluğunu azaltmaq, kreditlərin qiymətləndirilməsini daha şəffaf etməkdir.

R.Tahirov əlavə edib ki, Mərkəzi Bank həm də İslam maliyyəsi çərçivəsi hazırlayır. Bu sistem alternativ maliyyə forması kimi nəzərdə tutulur. Hazırda qanunvericilik dəyişikliklərinin layihəsi üzərində iş gedir.

Bu layihəyə Pakistan Mərkəzi Bankı texniki dəstək göstərir. Mərkəzi Bank ilin sonunadək bu dəyişiklikləri hökumətə təqdim etməyi planlaşdırır.

Rüstəm Tahirovun sözlərinə görə, hər iki təşəbbüs – reytinq agentlikləri haqqında qanun və İslam maliyyəsi çərçivəsi – kiçik və orta bizneslərin maliyyəyə çıxışını asanlaşdıracaq və bazarda şəffaflığı artıracaq.

Related posts

Bankların biznes kreditləri üzrə təminatlılıq səviyyəsi məlum olub

AIIB Bakı metrosu ilə bağlı 180 mln. dollarlıq krediti təsdiqləyib

İsmayılov Rəşad Sahil oğlu ekologiya və təbii sərvətlər naziri təyin edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı