

Vətəndaşlar Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemində (#MKRS) onlara aid məlumatları Elektron Xidmətlər Portalı üzərindən əldə etmək imkanından geniş şəkildə istifadə edir.
Ötən ilin yanvar ayından istifadəyə verilmiş xidmətdən ödənişsiz şəkildə öz kredit tarixçələri barəsində məlumat əldə etmiş vətəndaşların sayı artıq 129 min nəfəri keçib. Vətəndaşlar tərəfindən əldə edilmiş kredit hesabatlarının sayı isə 450 mindən çox olub.
Vətəndaşlar real vaxt rejimində Elektron Xidmətlər Portalında müvafiq səhifəyə (http://accr-portal.e-cbar.az) “Digital Login” vasitəsilə daxil olaraq ödənişsiz şəkildə öz kredit tarixçələrini nəzərdən keçirə bilərlər.