Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB: Maliyyə təşkilatları "underwriting" standartlarını təkmilləşdirməlidir - BBN

AMB: Maliyyə təşkilatları “underwriting” standartlarını təkmilləşdirməlidir

Azərbaycanda maliyyə təşkilatlarının öz “underwriting” standartlarını təkmilləşdirməsi vacibdir.

BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Bakıda keçirilən “Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025″in təqdimat seminarında bildirib.

Onun sözlərinə görə, maliyyə təşkilatlarının daha çox riskə əsaslanan və gələcəyə yönəlik qiymətləndirmə tətbiq etməsi vacibdir: “Bu mühitdə onlar sırf kommersiya əsaslı kreditləşməyə deyil, biznesin kredit qabiliyyətinə və məlumatların etibarlılığına baxacaqlar. Bununla yanaşı, ölkədəki audit və mühasibat qurumlarının gücləndirilməsi vacib elementdir. Ənənəvi olaraq, təminatlar kimi hökumət dəstək məqsədli vasitələr KOB layihələrinin risklərini azaltmaq üçün vacib vasitələrdir”.

AMB rəsmisi əlavə edib ki, qurum yaranan riskləri görmək üçün KOB portfelinin mütəmadi stres testini keçirir: “Belə sstres testi yaranan riskləri əvvəlcədən aşkar etmək üçün vacibdir. Bunlar KOB-lara maliyyə əlçatanlığını artırmaq üçün istifadə etdiyimiz ümumi vasitələrdir”.

Related posts

“Aİ Azərbaycan qazının etibarlı alıcısı statusunu qoruyacaq”

BOKT “International” ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir

Mərkəzi Bank AniPay mobil tətbiqi və saytının fəaliyyətini dayandırır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı