Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB media nümayəndələri üçün təlim keçirib - BBN

AMB media nümayəndələri üçün təlim keçirib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən maliyyə və mərkəzi bankçılıq sahəsində məlumatlılığın artırılması məqsədilə media nümayəndələrinin peşəkar inkişafının dəstəklənməsi təşəbbüslərini davam etdirir.

BBN.az xəbər verir ki, Mərkəzi Bank tərəfindən Lənkəran şəhərində “Kapital bazarlarının əsasları” mövzusunda təşkil olunan təlim ölkəmizdə milli mətbuatın yaranmasının 150-ci ildönümü münasibətilə keçirilən tədbirlərin davamı olub.

20-dən çox jurnalistin iştirak etdiyi təlimdə Mərkəzi Bank nümayəndələri tərəfindən kapital bazarlarının əsas anlayışları, funksiyaları, bazar infrastrukturunun fəaliyyəti və maliyyə alətləri haqqında praktik nümunələrlə zənginləşdirilmiş təqdimat keçirilib. Təlimdə həmçinin kapital bazarında tənzimlənmə və nəzarətin təşkili çərçivəsində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər haqda məlumat təqdim olunub. Təlimin yekununda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Daha sonra media nümayəndələrinin Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinə ziyarəti təşkil olunub. Beləliklə də, səfər iştirakçıların biliklərini zənginləşdirməklə yanaşı, həm də bölgənin təbiət və tarixi potensialı ilə yaxından tanışlıq üçün imkan yaradıb.

Related posts

Kreditlərini Unibanka gətir, 7 %-dək endirim əldə et!

VTB (Azərbaycan) baş ofisində “Talassemiyasız Həyat” Fonduna dəstək məqsədilə qanvermə aksiyası keçirdi

AMB milli pul nişanlarının dəyişdirilməsi prosedurunda yenilik edib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı