AMB-nin baş direktoru: “Azərbaycanda kiber dələduzluq hallarının göstəricisi beynəlxalq trendlərdən yuxarı deyil”

“Dələduzluq hallarının aktiv inkişaf trendini nəzərə alaraq Mərkəzi Bank (AMB) müvafiq statistik məlumatların genişləndirilməsi istiqamətində paralel olaraq işləri davam etdirir. Beynəlxalq təcrübəyə baxdıqda deyə bilərik ki, ölkədə kiber dələduzluq hallarının göstəricisi beynəlxalq trendlərdən yuxarı deyil və norma çərçivəsindədir. Bu isə onu deməyə əsas verir ki, insanlar kifayət qədər rəqəmsal ödəniş vərdişlərinə malikdirlər və məlumatlıdırlar”.

BBN.az xəbər verir ki, bu sözləri AMB-nin Baş direktoru Fərid Osmanov Mərkəzi Bankın beynəlxalq kart şirkəti Visa ilə birgə əməkdaşlığı çərçivəsində jurnalistlər üçün təşkil edilən təlimdə bildirib.

“2023-cü ildə Mərkəzi Bank maliyyə bazarlarında kibertəhlükəsizlik strategiyasını qəbul edib. Həmin strategiyanın qəbulu çərçivəsində qanunu tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində həyata keçirilən işlərdən biri də risk əsaslı nəzarət çərçivəsinin hazırlanmasıdır. Hazırda nəzarət çərçivəsi banklar istiqamətində vardır. Eyni zamanda AMB-nin qəbul etdiyi banklar üzrə informasiya idarəetmə qaydaları mövcuddur. Tənzimləyici tərəfindən, həm tematik, həm də müvafiq yoxlamalar zamanı, həm yerində, həm də əldə edilmiş məlumatlar əsasında qaydalara uyğun olaraq tələblərə əməl edilməsi baxımından yoxlamalar həyata keçirilir. Yoxlamalar nəticəsində aşkar edilən tövsiyələr, boşluqlar adiyyatı kommersiya banklarına bildirilir və qanun çərçivəsində nəzarət edilir”, – deyə Baş direktor əlavə edib.

Related posts

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Sahibkarlarla görüş keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yenilənmiş 3 qəpiklik metal pul nişanı tədavülə buraxılıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı