Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB-nin baş direktoru “P.I.T. Exchange” podkastının müsahibi olub - BBN

AMB-nin baş direktoru “P.I.T. Exchange” podkastının müsahibi olub

Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Xəlilov (Vusal Khalilov) “P.I.T. Exchange” podkastının müsahibi olub. Baş direktor ödəniş sistemlərinin və tənzimləyici çərçivələrin modernləşdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən strateji təşəbbüslərdən bəhs edib.

Baş direktor bildirib ki, Mərkəzi Bankın əsas təşəbbüslərindən biri risk əsaslı nəzarətin tətbiqi yolu ilə onun normativ-hüquqi bazasının modernləşdirilməsidir.

Vüsal Xəlilov Mərkəzi Bank tərəfindən rəqəmsal ödənişlərin təşviqinin artırılmasının əsas prioritet məsələlərdən biri olduğunu qeyd edib. O, bildirib ki, Mərkəzi Bank bu artımı dəstəkləmək üçün artan əməliyyat həcmini idarə etmək və istifadəçi təcrübəsini təkmilləşdirmək məqsədilə öz infrastrukturunu müasirləşdirir. O, daha çox datalara əsaslanan qərar qəbuletmə prosesinə doğru irəliləyən bu keçidin təkcə təşkilatdaxili təkmilləşdirmələri deyil, həm də ödəniş təşkilatları və banklar arasında məlumatların idarə edilməsi təcrübələrinin tənzimlənməsini əhatə etdiyini söyləyib.

O, həmçinin Mərkəzi Bankı Ani Ödənişlər Sistemini təkmilləşdirdiyini və bu istiqamətdə kommersiya bankları ilə sıx əməkdaşlıq etdiyini qeyd edib. Vüsal Xəlilov sənaye innovasiyalarına təkan vermək üçün yüksək standartların müəyyən edilməsinin vacibliyini də vurğulayıb.

Podkastın tam bölümünü dinləmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz:
https://lnkd.in/e_KtCAQA

Related posts

Rəsmi valyuta məzənnələri (02.04.2026)

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı