AMB-nin icraçı direktoru “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində çıxış edib

“2023-cü ildə Azərbaycanda internet bankçılığı vasitəsilə əməliyyatların dəyəri 2022-ci illə müqayisədə 12%, mobil bankçılıqla əməliyyatların dəyəri isə 2 dəfə çox olub”.

BBN.az xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) icraçı direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən “Visa Cashless Forum 2024 – Rəqəmsal Azərbaycan” tədbirində bildirib.

“Cari hesablar üzərindən aparılan əməliyyatlarda kağız formatda təqdim olunan ödəniş sənədləri kifayət qədər azalıb. Elektron ödənişlərin xüsusi çəkisi 80%-i keçib. İnternet və mobil bankçılıq xidmətləri kifayət qədər inkişaf edib”, – deyə o qeyd edib.

Eyni zamanda icraçı direktor əlavə edib ki, Azərbaycanda təsərrüfat subyektlərdə quraşdırılmış POS-terminallarla aparılan hər 4 əməliyyatdan biri “ApplePay” və “GooglePay” vasitəsilə həyata keçirilir: “Ötən ilin sonuna tokenlə aparılan ödənişlərin sayı əvvəlki ilə nisbətən 3,5 dəfə artıb”.

Onun sözlərinə əsasən Azərbaycan Mərkəzi Bankının (AMB) əsas strateji hədəflərindən biri ölkədə rəqabətli ödəniş ekosisteminin formalaşdırılmasıdır: “Ödəniş sektoru üzrə digər başlıca strateji hədəflərimiz ödəniş sistemlərinin əlçatanlığının artırılması, bununla da ödəniş nöqteyi nəzərdən maliyyə inklüzivliyinin genişləndirilməsi, ödəniş əməliyyatlarının təhlükəsizliyinin gücləndirilməsi və adekvat tənzimləmə çərçivəsinin formalaşdırılmasıdır”, – deyə Fərid Osmanov sözlərinə əlavə edib.

Report

Related posts

Rabitəbankın komissiyasız nağd pul krediti üzrə kampaniyası davam edir

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

“Rəqəmsal transformasiya və fintex” mövzusunda praktiki təlim keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı