AMB-nin İdarə Heyətinin növbəti iclası keçiriləcək

Avqustun 1-də Azərbaycan Mərkəzi Bankının  İdarə Heyətinin  növbəti iclası keçiriləcək. İclasda uçot dərəcəsinin səviyyəsi müzakirə ediləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq keçirilir. İdarə Heyətinin iclaslarınMərkəzi Bankın İdarə Heyətinin sədri, o olmadıqda, qanunla nəzərdə tutulmuş qaydada  onun səlahiyyətlərini həyata keçirən İdarə Heyətinin üzvü sədrlik edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır