AMB-nin keçirdiyi açıq tenderin qalibləri müəyyənləşib

Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi və modernizasiyası ilə bağlı elan edilmiş açıq tenderin qalibləri məlum olub.

BBN.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, tenderdə 1-ci lot üzrə “GTSolutions”, “Foranx” və “Sistemnie Texnoloqii” şirkətləri, 2-ci, 3-cü, 5-ci və 6-cı lotlar üzrə isə“GTSolutions” şirkəti, 4-cü lot üzrə “GTSolutions” şirkəti və Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi qalib elan edilib.

Qeyd edək ki, qalib şirkətlərlə satınalma müqavilələri imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır