AMB-nin notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

4 iyul 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100470S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BBN.az xəbər verir ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti  99.3812 AZN (8.01%) olan 25 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 578 629 400,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000 000 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 01.08.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır