10 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100267S dövlət qeydiyyat nömrəli, 150 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99%) və 99.0755 AZN (12.00%) olan 19 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 150 686 200,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99%), orta ölçülmüş qiyməti 98.8803 AZN (14.52%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000000 AZN təşkil edib.
Qeyd edək ki, notların ödəmə tarixi 07.02.2018-ci ildir.