AMB-nin Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

         18 aprel 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) 50202196S dövlət qeydiyyat nömrəli, 30 milyon manat həcmində, 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 9 investor tərəfindən qiymət intervalı 98.8468 (5%) və 99.3164 (2.95%) olan 13 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 165,681,500.00 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.3049 (3 %), orta ölçülmüş qiyməti isə 99.3101 (2.98%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000.00 manat təşkil etmişdir. 

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Notların ödəmə tarixi 11.07.2022-ci ildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır