Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB-nin Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir - BBN

AMB-nin Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

5 oktyabr 2022-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2010024704 dövlət qeydiyyat nömrəli 30 milyon manat həcmində 84 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 98.8624 (4.93%) və 99.2475 (3.25%) olan 11 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 42,292,700 manat olmuşdur.

ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.9723 (4.45%) və orta ölçülmüş qiyməti  99.0452 (4.13%) olaraq müəyyən edilmişdir.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 30,000,000 manat təşkil etmişdir. 

Notların ödəmə tarixi 28.12.2022-ci ildir.

Hərracda toplanmış tələb təklifdən çox olduğu halda təklif emitent tərəfindən ilkin olaraq hərraca çıxarılmış məbləğin maksimum 20%-inə qədər artırıla bilər.

Related posts

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (13.03.2026)

Beynəlxalq əmtəə və fond bazarlarının göstəriciləri (12.03.2026)

Qlobal bazarlarda qarışıq dinamika: qızıl və qaz bahalaşır, ABŞ indekslərində eniş müşahidə olunur

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı