Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB-nin növbəti faiz qərarı: bazarda sabitlik gözləntiləri üstünlük təşkil edir - BBN

AMB-nin növbəti faiz qərarı: bazarda sabitlik gözləntiləri üstünlük təşkil edir

Azərbaycan Mərkəzi Bankı pul siyasəti qərarlarının açıqlanması cədvəlinə uyğun olaraq növbəti faiz qərarını 2 aprel 2026-cı il tarixində keçiriləcək iclasdan sonra elan edəcək. Mövcud qlobal proseslər fonunda bazarda əsas müzakirə mövzusu tənzimləyicinin hansı qərarı verəcəyi ilə bağlıdır.

Məsələ ilə bağlı iqtisadçı Elman Sadıqov bildirib ki, hazırkı şəraitdə qlobal amillər mühüm rol oynayır.

Onun sözlərinə görə, İran ətrafında baş verən hadisələr, xüsusilə Hörmüz boğazı ətrafında gərginlik neft və qaz qiymətlərinin artmasına səbəb olub:
“Bu artım təkcə enerji daşıyıcıları ilə məhdudlaşmır, eyni zamanda dizel, yanacaq və gübrə kimi məhsulların bahalaşması qlobal inflyasiya təzyiqlərini gücləndirir və bu il dünya iqtisadiyyatında inflyasiya risklərinin yüksəlməsi gözlənilir”.

Ekspert qeyd edib ki, bu vəziyyət mərkəzi bankların siyasətinə də birbaşa təsir edir:
“Dünyanın mərkəzi bankları artıq faiz endirimləri məsələsində daha ehtiyatlı mövqe tutur və gözləmə strategiyasına keçir. Faiz endirimləri ilə bağlı qərarlar azalır”.

İqtisadçının fikrincə, Azərbaycan üçün də oxşar yanaşma daha real görünür:
“Mən hesab etmirəm ki, bu mərhələdə faiz endirimi olacaq. Çünki faiz endirimləri kredit bazarında, xüsusilə biznes kreditlərinin faizlərinə tam ötürülmür. Monetar transmissiya mexanizmi gözlənilən səviyyədə işləmir və burada həm bank sektoru, həm də struktur iqtisadi amillər rol oynayır”.

O əlavə edib ki, mövcud şəraitdə ən optimal qərar faizlərin sabit saxlanılmasıdır:
“Faizlərin aşağı salınması inflyasiya təzyiqlərini artıra bilər, eyni zamanda faiz artımı üçün də ciddi əsas yoxdur. Bu baxımdan, ən real ssenari Mərkəzi Bankın faizləri dəyişmədən saxlamasıdır”.

Mənbə: kredit.az

Related posts

Fərid Baxşıyev Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru təyin edilib

Azərbaycan Mərkəzi Bankı 2 Apreldə Faiz Qərarını Açıqlayacaq

Azərbaycanda ESG risklərinin maliyyə qərarlarına inteqrasiyası müzakirə olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı