

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkənin sığorta sektorunun rəhbər şəxsləri ilə görüş keçirdi.
BBN.az xəbər verir ki, bu barədə AMB-nın rəhbəri Taleh Kazımov şəxsi X səhifəsində paylaşım edib.
“Görüş zamanı sığorta sektoru üzrə 2024-cü ilin nəticələrini və cari il üçün strateji prioritetləri müzakirə etdik. Həmçinin yaxın və ortamüddətli hədəflər, o cümlədən maliyyə sektorunun inkişaf strategiyası çərçivəsində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi apardıq”, – AMB rəhbəri qeyd etmişdir.