AMB-nin valyuta ehtiyatları 5 mlrd. dolları ötüb

2017-ci ilin avqustun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 5033.1 mln. ABŞ dolları təşkil edib.

Bu göstərici iyulun 1-i ilə müqayisədə 69 mln. dollar və yaxud 1.4% çoxdur.

Qeyd edək ki, qurumun valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1058.7 mln. dollar və yaxud 26.6% artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır