AMB notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

17 yanvar 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100367S dövlət qeydiyyat nömrəli, 250 mln. manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Belə ki, hərrac zamanı 13 investor tərəfindən qiymət intervalı  98.8627 AZN (14.79%) və 98.9300 AZN (13.91%) olan 15 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 290 961 700,00 AZN olub.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 98.8848 (14.50 %), orta ölçülmüş qiyməti 98.8895 AZN (14.52%) müəyyənləşib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil edib.

Qeyd edək ki, notların ödəmə tarixi 14.02.2018-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır