3
“Azərbaycanda maliyyə sektorunun 96%-i banklara məxsusdur. Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. Bankların maliyyə dayanıqlılığının əsas göstəricilərindən biri likvidlik riskidir”.
BBN.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AZTV-yə müsahibəsində deyib.
“AMB-nin tələblərinə əsasən bank sektorunda ani likvidlik 30%-dən aşağı olmamalıdır. Bu gün həmin göstərici artıq 60%-dir. Bizim banklarımız kifayət qədər yüksək likvidliklə fəaliyyət göstərir”, – deyə Sədr sözlərinə əlavə edib.