AMB sədri qorunan əmanətlər üzrə faiz dərəcəsinin endirilməsinə münasibətini bildirib

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bildirib: “Son vaxtlar Azərbaycanda uçot dərəcəsi ilə əmanətlərin sığortalanması faizi arasında böyük fərq yaranmışdı. Buna görə də Maliyyə Sabitliyi Şurası Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna faizləri azaltmağı tövsiyə etdi”.

“AMB çalışır ki, bazarda aparılan bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olsun. Hazırda ölkədə biznes kreditlərinin illik faiz dərəcələri uçot dərəcəsinin yuxarı həddinin üstündə olsa da, bu həddə yaxınlaşmaqdadır. İstehlak kreditlərinə gəlincə, banklar bu kreditləri, adətən, təminatsız verir və üzərlərinə risk götürürlər. Ona görə də bu sahədə faizlər bir qədər yüksək ola bilər”- deyə o əlavə etdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır