Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB sədri Azərbaycanda uçot faiz dərəcəsinin artırılması ilə inflyasiya arasındakı əlaqəni şərh edib - BBN

AMB sədri Azərbaycanda uçot faiz dərəcəsinin artırılması ilə inflyasiya arasındakı əlaqəni şərh edib

“İnkişaf Etmiş və sərbəst məzənnə sistemi olan ölkələrdə uçot faiz dərəcəsinin artırılmasının son 2-3 ildə olan inflyasiyaya təsiri yüksəkdir”. 

Bu haqda Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul etdiyi qərarın açıqlanmasına həsr edilmiş mətbuat konfransında AMB sədri Taleh Kazımov BBN.az-ın inkişaf Etməkdə olan Ölkələrin bəzi tənqidçiləri qeyd edirlər ki, uçot faiz dərəcəsinin artırılması ilə inflyasiyanın enməsi arasında bir bağlantı yoxdur. Bu fikrin daşıyıcıları onu müdafiə edirlər ki, bu qərar yalnız valyuta məzənnəsi (dollar, funt sterlinq kimi) güclü olan ölkələr üçün faydalı ola bilər fikrinə münasibətini öyrənərkən qeyd edib. 

“Bizim kimi idxaldan asılı olan (tam yox-red.) ölkələrdə sözsüz ki, uçot dərəcəsinin effektivliyi o qədər də güclü deyil. Çünki inflyasiyanın 5.6% bəndi birbaşa olaraq yalnız ticarət tərəfdaşlarımızdan idxal olunan inflyasiyadır. Azərbaycanda uçot dərəcəsinin effektivliyi o qədər də güclü deyil”. 

Onun sözlərinə əsasən idxal olunan inflyasiyanı uçot faiz dərəcəsi ilə idarə etmək o qədər də effektiv deyil: “Çünki uçot faiz dərəcəsi daha çox tələb tərəfə təsir etməkdədir, idxal olunan qiymətlər isə daha çox tələb təklif əsasında formalaşır”.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı