Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İcbari Sığorta Bürosunun (İSB) rəhbərliyinə gələcək dövrdə qurumun analitik və texnoloji infrastrukturun genişləndirilməsi, eləcə də istehlakçıların müdafiəsi istiqamətində keyfiyyətli və ədalətli təminatın təşkilinə dair tövsiyələr verib.
BBN.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, o, tövsiyyələrini rəhbər heyəti və kollektivi ilə görüşdə səsləndirib. Görüş çərçivəsində İSB rəhbərliyi ötən il üzrə fəaliyyət nəticələri, icbari sığorta mexanizmlərinin effektivliyinin artırılması, sığorta bazarında dayanıqlılığın gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində görülən işlərlə bağlı təqdimat keçirib.