Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB KOBİA ilə birlikdə kiçik və orta biznes nümayəndələri arasında müsabiqə təşkil edəcək - BBN

AMB KOBİA ilə birlikdə kiçik və orta biznes nümayəndələri arasında müsabiqə təşkil edəcək

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə kiçik və orta biznes nümayəndələri arasında 7 noyabr – 23 dekabr 2024-cü il tarixləri ərzində müsabiqə təşkil edəcək.

Müsabiqə Mərkəzi Bankın Virtual Təhsil Platformasının (https://edu.e-cbar.az) iki kursu üzrə keçiriləcəkdir:

1.”İdarəetmənin əsasları” (https://edu.e-cbar.az/course/view.php?id=147).

2.”Əməliyyatların idarəedilməsi” (https://edu.e-cbar.az/course/view.php?id=148).

Müsabiqədə iştirak etmək istəyən şəxslər Virtual Təhsil Platformasında (https://edu.e-cbar.az) qeydiyyatdan keçdikdən sonra qeydiyyat prosesində istifadə etdiyi elektron poçt ünvanından edu@cbar.az ünvanına müsabiqədə iştirak edəcəyi barədə məlumat göndərməlidir (S.A.A., VÖEN-i, iş yerindən arayış və əlaqə nömrəsi qeyd edərək).

Son müraciət tarixi: 6 dekabr 2024

İmtahanlar müsabiqə iştirakçılarının sayından asılı olaraq fiziki və onlayn formatda (Zoom tətbiqi vasitəsi ilə) keçiriləcəkdir.

Yuxarıda qeyd olunan kursları bitirən iştirakçılara imtahan günü və saatı Mərkəzi Bankın əməkdaşları tərəfindən göndəriləcəkdir.

Qeydiyyat prosesi haqqında ətraflı məlumatı bu link vasitəsilə ala bilərsiniz: https://www.youtube.com/watch?v=0iNZkyQ0Q7M

Qaliblər hər iki kurs üzrə ümumi nəticənin orta balına görə seçiləcəklər. Hər kurs üzrə balın 70% və ondan yuxarı olması mütləqdir.

Müsabiqə qalibləri planşet ilə mükafatlandırılacaqdır.

Müsabiqə ilə bağlı suallar olduğu təqdirdə (+994) 12 598 2761, (+994) 50 209 03 91 telefon nömrələri ilə əlaqə saxlamaq, yaxud edu@cbar.az elektron poçtuna müraciət ünvanlamaq xahiş olunur.

Related posts

Azərbaycan neftinin qiyməti 72 dolları ötüb

“Onlayn Azərbaycan” layihəsi uğurla tamamlanıb

“AzerGold” QSC-nin təsis edilməsindən 11 il ötür

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı