Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - BBN

AMB və QMAMTYM əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Texniki Yardım Mərkəzi (QMAMTYM) arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə olunub.

BBN.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, Mərkəzi Bank sədrinin birinci müavini Əliyar Məmmədyarov QMAMTYM-in direktoru Holger Florkemayer ilə görüş keçirib. Görüş zamanı AMB ilə QMAMTYM arasında mövcud əməkdaşlıq əlaqələri və bu əməkdaşlığın gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər həmçinin QMAMTYM tərəfindən təqdim olunan texniki yardım proqramları və onların yaratdığı imkanları da müzakirə ediblər.

Qeyd edək ki, QMAMTYM Beynəlxalq Valyuta Fondu (BVF), üzv ölkələr və inkişaf tərəfdaşları arasında əməkdaşlıq çərçivəsində yaradılmış texniki yardım mərkəzidir. Təşkilat regionda daha güclü siyasət çərçivələrinin və institutların formalaşdırılmasına dəstək göstərmək, yeni və inklüziv iqtisadi artım mənbələrinin müəyyən edilməsinə yardım etmək, eləcə də regionun iqtisadi potensialının artırılması istiqamətində təşəbbüslər həyata keçirir.

Related posts

Azərbaycanda inflyasiyanın iki il üzrə proqnozu açıqlanıb

TARİX TƏKRARLANIR: Dünya “Beşinci Neft Şoku”nun astanasında – 100 dollarlıq kabus geri qayıdır!

TƏCİLİ: Neft bazarlarında “İran alovu” – Qiymətlər 100 dolları keçdi, dünya iqtisadiyyatı şokdadır!

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı