Amerika fond bazarında bahalaşma müşahidə edilir

Mayın 25-də Amerika fond bazarında “Dow Jones” indeksi 0,82% bahalaşaraq 17 851,51 bənd, “S&P 500” indeksi 0,70% artaraq 2 090,54 bənd, “Nasdaq” isə 0,70% irəliləyərək 4 894,89 bənd təşkil edib.

Avropa fond bazarlarında “FTSE 100” indeksi 0,70% bahalaşaraq 6 262,85 bənd, Fransa “CAC-40”-ı 1,13% artaraq 4 481,64 bənd, Almaniya DAX-ı 1,47% irəliləyərək 10 205,21 bənd olub.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,30 dollar yaxud 0,02% azalıb və 1 225,15 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1155 (+0,17%) təşkil edib.

Mənbə: report.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır