Home » Amerikalı milyarder David Rubenstein: “Kripto heç bir yerə getmir”

Amerikalı milyarder David Rubenstein: “Kripto heç bir yerə getmir”

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

Amerikalı milyarder, biznesmen David Mark Rubenstein “Chicago Universitet”ində müsahibəsi çərçivəsində deyib ki, kripto heç bir yerə getmir.

BNN.az Bloomberg Technology TV proqramına istinadən xəbər verir ki, milyarder kriptovalyutalar haqqında fikrini izah edərək bildirib ki, bəziləri düşünür ki, bu sahəyə investisiya etməyə dəyməz: “Ancaq reallıq budur ki, kriptovalyutanın qiyməti dünyanın harasına getsəniz, dəyərini itirməyəcək və inflyasiyanın artıb-azalmasından təsir görməyəcək və hökumətin bu sahəyə nə qədər vəsait qoyduğunuzdan xəbəri olmayacaq”.

O, əlavə edib ki, mən kriptolara investisiya etməmişəm: “Bu gün gənc insanlar iqtisadi trendləri yaxından izləyirlər. 70-lərdə olan insanlar isə (özünü nəzərdə tutur-red.) iqtisadi trendlərə başlamırlar. 20, 30-larda olan insanlar isə internet, kompüter, smartfonlar ilə əhatə olunub. Elə buna görə də sahəyə maraq göstərənlər bu yaş qrupundan olanlardır”.

“Ümumilikdə gənc kəsim bu sahədən, həm pul qazanıb, həm də itirib, amma ümumi düşündükdə fikirləşirəm ki, kriptovalyutalar heç bir yerə getmir deyə”, – David Mark əlavə edib.

Rubenstein fikrincə, dövlət bu sahəyə daha çox nəzarəti təmin etməyəcək.

O, Rusiya oliqarxlarından nümunə gətirərək bildirib ki, “təsəvvür edin ki, siz Çinli milyardersiniz, ancaq Çin Tayvanı işğal etsə, rusiyalı oliqarxlarınki kimi onların da dəyərli vasitələri təhlükədə olacaq. Mən dəqiq bilmirəm Çin bunu edəcək ya yox. Sən necə əmin ola bilərsən ki, hər şeyini itirməyəcəksən”.

“Düşünürəm kripto investisiya üçün pis bir sahə deyil”, – deyə milyarder əlavə edib.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.