Amerikalı milyarderlər daha çox vergi ödəmək istəyirlər

George Soros, Abigail Disney, Chris Hughes, Alexander Soros daxil olmaqla, 19 amerikan milyarder 2020-ci ildə keçiriləcək prezident seçkilərinin namizədlərinə açıq məktub göndəriblər. Məktubda ABŞ-ın ən varlı biznesmenlərinə sərvət vergisi (wealth tax) tətbiq edilməsi və vergilərinin artırılmasının vacibliyi qeyd olunub.

İlk dəfə ABŞ Senatoru Elizabeth Warren tərəfindən təklif edilən sərvət vergisinə əsasən, ümumi sərvəti 1 milyard dollardan artıq olan şəxslərdən hər dollara görə 1 sent, 50 milyarddan artıq olan şəxslərdən isə hər dollara görə 2 sent tutulmalıdır. Təxmini hesablamalara görə, bu vergi tətbiq olunarsa ümumi 75000 ailəyə şamil olunacaq və hər il dövlət büdcəsinə 3 trilyon dollar məbləğində əlavə vəsait daxil olacaq.

Məktubda qeyd olunub ki, bu verginin tətbiqi cəmiyyətdəki sosial və iqtisadi bərabərsizlikləri azaltmağa, iqlim dəyişikliyi ilə daha effektiv mübarizə aparmağa, səhiyyə sisteminin güclənməsinə və iqtisadiyyatın inkişafına böyük töhfə verəcəyindən ölkəmiz üçün bunu etməkdən qürur duyarıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır