Amerikalılar isinmək üçün rekord vəsait ödəyirlər: Nəticə son on illiklər ərzində ən yüksəyi hesab edilir

Bu gün milyonlarla amerikalılar təzyiq altındadırlar, isinmək üçün rekord vəsait ödəyirlər. Belə ki, ölkənin şimal-şərq və orta Qərbində payız fəsili qış ilə əvəz olunub və bir çox şəhərlərdə ilk qar belə yağıb.

BBN.az NBC News-un oktyabrın 8-dəki buraxılışına istinadən xəbər verir ki, bir çoxları üçün daha bahalı qış qarşıdadır.

NBC News-un jurnalisti əlavə edir ki, temperatur aşağı düşdükcə isə isinmək üçün qiymətlər artmağa davam edir. New Jersey sakinləri isə bildirirlər ki, onların isinmək üçün ödədikləri vəsait nə az, nə çox düz 25% artıb. Bir çox ailələr isə yüksək yaşam xərcləri ilə mübarizə aparmaq üçün 2-ci bir iş axtarırlar. Bu il isə gözləyirlər ki, ölkə miqyasında evi isitmək üçün amerikalıların xərclədiyi vəsait 17% yüksələcək. Bu isə o deməkdir ki, onlar orta hesabla 177 dollar daha çox ödəyəcəklər, həmçinin, nəticə son on illiklər ərzində ən yüksəyi hesab edilir. 

Ekspertlər isə deyirlər ki, buna səbəb yayın çox isti keçməsi olub, elektrik şirkətləri buna reaksiya veriblər, həmçinin, Neft İstehal Edən Ölkələrin Birliyi (OPEC) istehsalı aşağı salmaqa bağlı ötən həftə qərar qəbul edib. Nəzərə alsaq ki, ilin sonuna qədər Mərkəzi Bank (FED) faiz dərəcələrini artırmaqla bağlı siyasətini davam etdirəcək, bu isə problemi daha pis edəcək. Qeyd edək ki, ekspertlər vətəndaşlara məsləhət kimi bildirilər ki, köhnə qızdırıcı sistemləri yeniləri ilə əvəz edin və ya işləkliyini yoxlayın, qapı və pəncərələri kip bağlayın, yaxud dövlətin yardım proqramlarından faydalanmağa çalışın.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı