Amerikalıların kredit kartları üzrə borcları rekorda çatıb

18 milyondan çox amerikalı kredit borclarını ödəməkdə çətinlik çəkir. Vətəndaşların kredit kartı üzrə borcları son 20 ildə çox sürətli bir şəkildə artıb və artmaqda davam edir. Amerikalıların kredit kartları üzrə rekord məbləğdə borcları var, bu isə nə az nə çox düz 986 milyard dollardır. Bir il öncə ilə müqayisədə isə 14.7% artım deməkdir. “The Time” nəşri yazır ki, bu haqda Nyu York-un Federal Ehtiyat Bankının yeni hesabatında bildirilib. Qeyd edilir ki, Mərkəzi Bank (FED) inflyasiya ilə mübarizə aparmaqdan dolayı faiz dərəcələrini artırmağa davam edir. Orta kredit kart dərəcəsi isə 19.9%-dir, bu isə son 30 ilin ən yüksək səviyyəsindədir.   

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı