Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AMFA: BOKT-lar üçün əsas çağırış yerli valyutada maliyyələşmənin genişləndirilməsidir - BBN

AMFA: BOKT-lar üçün əsas çağırış yerli valyutada maliyyələşmənin genişləndirilməsidir

“Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin üzvü olan bank və bank olmayan kredit təşkilatlarının (BOKT) əsas çağırışlarından biri maliyyələşmə imkanlarının genişləndirilməsidir.

BBN.az xəbər verir ki, bu barədə AMFA-nın icraçı direktoru Jalə Hacıyeva “Report”a açıqlamasında bildirib.

Onun sözlərinə görə, problem xüsusilə yerli valyutada vəsaitlərin cəlb edilməsi ilə bağlıdır. İndiyədək institusional investorlar əsasən xarici valyutada investisiya kapitalı təqdim ediblər. Lakin resursun daha ucuz və əlçatan olması üçün onun yerli valyutada cəlb olunması vacibdir.

J.Hacıyeva qeyd edib ki, bu istiqamətdə “Bakı Fond Birjası” və “Azərbaycan Kapital Bazarları Assosiasiyası” ilə müzakirələr aparılır. İnvestor–Mikromaliyyə Forumunun keçirilməsində məqsəd isə investisiya şirkətlərini və onların müştərilərini BOKT-ların istiqrazlarına yatırım etməyə təşviq etməkdir.

“Bu, ölkədə mikrosahibkarlığın inkişafına təkan verəcək. Çünki maliyyə resurslarına tələb təklifdən daha çoxdur”, – deyə o vurğulayıb.

AMFA rəsmisinin sözlərinə görə, BOKT-ların istiqrazlar üzrə təklif etdiyi illik gəlirlilik təxminən 15% səviyyəsindədir ki, bu da depozit faizlərindən yüksəkdir. İstiqrazlara investisiya etməklə investorlar portfellərini diversifikasiya edə, eyni zamanda özünüməşğulluğun və regionlarda sahibkarlığın inkişafına dəstək göstərə bilərlər. O bildirib ki, forum ölkədə fəaliyyət göstərən 54 BOKT üçün kapital resurslarına çıxış baxımından mühüm platforma rolunu oynayacaq.

J.Hacıyeva əlavə edib ki, AMFA mikromaliyyə bazarının dayanıqlılığının artırılması üçün təkliflər verir və AMB-nin təsdiqlədiyi Strateji Çərçivə Sənədi üzrə işçi qruplarında iştirak edir. Bu çərçivədə kibertəhlükəsizlik, kredit risklərinin idarə edilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizə, rəqəmsallaşma və korporativ idarəetmədə texniki bacarıqların artırılması istiqamətlərində işlər aparılır.

Related posts

İcbari Sığorta Bürosu 4 yeni elektron xidməti istifadəyə verib

Azərbaycan Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondu makroiqtisadi vəziyyəti müzakirə edib

Kapital Bank və Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı