Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Ani Ödənişlər Sistemi ilə bankomatlardan hesablara mədaxil imkanı yaradılıb - BBN

Ani Ödənişlər Sistemi ilə bankomatlardan hesablara mədaxil imkanı yaradılıb

Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

AÖS üzərindən bankomatlar vasitəsilə hesablara mədaxil funksionallığı “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) tərəfindən reallaşdırılan layihə çərçivəsində istismara verilib. Belə ki, ABB-yə məxsus yeni nəsil bankomatlarda sadəcə “AniPay ID” (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) daxil edilməklə ölkə ərazisində fəaliyyət göstərən istənilən bankdakı hesaba mədaxil imkanı yaradılıb.

Mədaxil prosesi zamanı əlavə heç bir bank rekvizitinin qeyd edilməsinə ehtiyac olmadan əsginasların toplu şəkildə bankomata daxil edilməsi imkanı istifadəçilər üçün mədaxil əməliyyatlarını daha sürətli və təhlükəsiz formada icra etməyə şərait yaradır.

Xatırladaq ki, AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə bank hesablarını AÖS-də qeydiyyatdan keçirə, “AniPay ID” yaradaraq hesabları sadə identifikatorlara (mobil nömrə, FİN kod, elektron poçt ünvanı) bağlaya və 24/7/365 rejimində ödənişləri anında icra edə bilərlər.

Related posts

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 168 günlük Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 günlük Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı