Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Antalya iş adamları Azərbaycanda işgüzar səfərdə olublar - BBN

Antalya iş adamları Azərbaycanda işgüzar səfərdə olublar

Türkiyə-Azərbaycan iqtisadi və dostluq münasibətləri günü-gündən inkişaf etməkdədir. Qardaş ölkədən növbəti nümayəndə heyəti 21-22 oktyabr tarixlərində Azərbaycanda işgüzar səfərdə olublar.

Layihə Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Asossiasiyası (AQSİA) tərəfindən dəstəklənmişdir.

Layihənin təşkilatçısı SET Qrup şirkətinin rəhbəri Alper Alveroğlu öz çıxışında bildirib ki, bizim məqsədimiz hər iki ölkədəki dostluq və iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsində iştirak etmək, qardaş Azərbaycana daha da faydalı olmaqdır. Həmçinin Qarabağ müharibəsində müzəffər  Azərbaycan ordusunun qələbəsindən qürur duyduqlarını bildirib.

Qeyd edək ki, səfər zamanı yerli şirkətlərə ziyarətlə yanaşı, yerli sahibkarlarla ikili iş görüşmələri də təşkil olunub.

Related posts

Maliyyə naziri Sahil Babayev “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

“ASAN xidmət indeksi”nə və “ASAN müraciət”ə dair nəticələr açıqlanıb

Yelo Bank-da ilk “Yelo İnvestisiya Paneli” keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı