“Apple” 3 trilyonluq rekorda imza atan ilk şirkət olub

ABŞ mərkəzli texnologiya nəhəngi “Apple” beynəlxalq bazarda daha bir tarixi rekorda imza atıb. 1976-cı ildə yaradılan və 2007-ci ildə ilk “iPhone” smartfonunu bazara buraxan şirkətin bazar kapitalizasiyası 3 trilyon dolları ötüb. Bu isə, ilk smartfon istehsalından bu yana bazar kapitalizasiyasında 5800%-lik artım deməkdir.

1980-ci ildə səhm bazarına  1.8 milyard dollarlıq bazar kapitalizasiyası ilə daxil olan “Apple” 2018-ci ilin avqustunda “trilyon dollarlıq şirkətlər klubu”na daxil olan ilk şirkət olub. Son 16 ayda isə, şirkətin bazar kapitalizasiyası 2 trilyon dollardan 3 trilyon dollara yüksələ bilib.

“Apple” şirkətinin  2021-ci ilin son rübü üzrə maliyyə göstəricilərinə nəzər saldıqda, ötən ilin müvafiq dövrü ilə nisbətdə 29%-lik artımla 83.4 milyard dollar gəlir əldə etdiyini müşahidə etmək olar. “Wall Street” analitiklərinin proqnozları 84.85 milyard dollar civarında idi. Şirkətin İcraçı Direktoru Tim Cook yarımkeçirici çip qıtlığı səbəbindən şirkətin dördüncü rübdə 6 milyard dollar gəlir itirdiyini vurğulayıb.

Related posts

Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.06.2024)

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı