Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“Apple” ardıcıl olaraq ikinci il dünyanın ən dəyərli brendi seçilib - BBN

“Apple” ardıcıl olaraq ikinci il dünyanın ən dəyərli brendi seçilib

“Apple” brendinin dəyəri il ərzində 11% artaraq 574,5 milyard dollara çatıb.

BBN.az xəbər verir ki, bu barədə illik “Brand Finance Global 500” araşdırmasında deyilir.

“Microsoft”  35% (461,1 milyard dollara qədər) artım nümayiş etdirərək reytinqdə ikinci yeri, üçüncü yeri  “Google” (+24%, 413 milyard dollar), dördüncü yeri isə “Amazon” (+15%, 356,4 milyard dollar) tutub.

“Walmart” brendi dəyəri 42% artaraq 137,2 milyard dollara çataraq altıncı yerdən beşinci yerə yüksəlib.

Ən dəyərli brendlər onluğuna həmçinin “Samsung” (110,6 milyard dollar), “TikTok” (105,8 milyard dollar), “Facebook” (91,5 milyard dollar), “Nvidia” (87,9 milyard dollar) və “State Grid Corporation of China” (85,6 milyard dollar) daxildir.

Qeyd olunur ki, “Nvidia” brendinin dəyəri bir il ərzində təxminən iki dəfə artıb.

Related posts

Anthropic ofis üçün süni intellekt alətlərini genişləndirir

“eBay” 800 işçisini ixtisar edəcək

Nvidia-nın gəliri 73 faiz artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı