“Apple”-ın gəlirləri 8 milyard dollar azalıb

“Apple” yaydığı məlumata əsasən, 2016-cı ilin II rübündə iPhones satışlarından gələn gəliri 50,56 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 13% azdır.

Texnologiya nəhənginin məlumatına əsasən, bu 2003-cü ildən şirkət satışlarındakı ilk azalmadır.

Belə ki, “Apple” 2015-in ilk rübündə 61,2 milyon iPhones sata bilsə də bu ilin ilk rübündə bu göstərici 51,2 milyon olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır