Apple-ın gəlirləri ardıcıl 4 rüb azalıb: Ancaq yenə də bazar gözləntilərini keçib

Apple iyul-sentyabr dövrü üçün balans hesabatını açıqlayıb.

BBN.az xəbər verir ki, Apple tərəfindən edilən açıqlamaya görə şirkətin dördüncü rübündə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 1% azalaraq 89,5 milyard dollara çatıb. Şirkət ötən ilin eyni dövründə 90,2 milyard dollar gəlir əldə edib.

Beləliklə, şirkətin gəlirləri ardıcıl 4-cü rübdür ki, azalıb. Bu dövrdə qeydə alınan azalmaya baxmayaraq şirkətin gəlirləri bazar gözləntilərindən çoxdur, proqnoz isə 89,3 milyard dollar istiqamətində idi. Apple-ın xalis mənfəəti iyul-sentyabr dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,8% artaraq 22,96 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründə 20,72 milyard dollar olub.

Eyni zamanda şirkətin səhm üzrə mənfəəti qeyd olunan dövrdə 1,29 dollardan 1,46 dollara yüksəlib.

Related posts

Daha 6 KOB subyektinə “Startap” şəhadətnaməsi verildi

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 053 nəfər olub

Trump və onun kabineti bu il kriptovalyuta bazarının gedişatını müəyyən edəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı