Apple-ın yeni iPhone məhsullarının alıcılara çatması xeyli gecikəcək – Şirkət xəbərdarlıq edib

Apple müştərilərinə xəbərdarlığında məhsullarının gecikəcəyi ilə bağlı xəbərdarlıq edib. Belə ki, Çinin koronavirus pandemiyasından dolayı qapanmaları şirkəti ən böyük zavodlarından birini müvəqqəti bağlamağa məcbur edib. 

BBN.az BBC Business-ə istinadən xəbər verir ki, Çin yenə də “sıfır Covid” strategiyasını davam etdirir və hədəfi isə xəstəlikdən əziyyət çəkən insanların sayını minimallaşdırmaqdır.

Sentyabrda özünün yeni iPhone məhsullarını təqdim edən Apple açıqlamasında qeyd edib ki, işçilərimizin sağlamlıq və təhlükəsizliyinə xüsusi önəm veririk:

“Biz yeni məhsullarımız olan iPhone 14 Pro və iPhone 14 Pro Max modellərinə qarşı yüksək tələb görürük. Hazırda əvvəlki ilə müqayisədə daha az iPhone 14 Pro və iPhone 14 Pro Max daşıyan gəmilərin şahidi oluruq. Müştərilər yeni məhsullarını almaq üçün xeyli müddət gözləməli olacaqlar”, – deyə şirkətin bəyanatında qeyd edilib.

Related posts

Ölkədə 2,7 milyon təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin olunub

“Milliön” Yevlax Xidmət Mərkəzi yerli əhalinin ixtiyarına verilib

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı