“Apple Pay”təmassız ödəniş sistemində xəta aşkarlanıb

“Apple” şirkətini ödəniş texnologiyaları üzrə ən çox yayılan məhsulu olan “Apple Pay” məhsulunun təmassız ödəniş funksiyasının bir sıra dələduzluq hadisələrinə yol aça biləcəyi ortaya çıxıb. Belə ki, “Birmingham” və “Surrey” universitetləri tərəfindən aparılan araşdırmalara istinadən, “Apple Pay” ilə təmassız ödənişlər limitini keçərək yüksək məbləğdə ödənişlər etmək mümkün olub.

Sözügedən universitetlərin araşdırmalarına əsasən, kiçik bir radioavadanlığın vasitəsilə “Apple Pay” ödəniş sistemindən smartfon kilidli olduğu halda 1000 funt-sterlinq məbləğində təmassız ödəniş həyata keçirilib. Belə ki, ödəniş telefon kilidli olduğu halda edildiyindən, proqramın ödəniş terminalı ilə əlaqəsi məhdudlaşır və həyata keçirilən ödənişlər təmassız ödəniş limitini ötüb keçə bilir. Bu isə, dələduzluq hadisələrinin artmasına gətirib çıxara bilər.

Qeyd edək ki, araşdırmaçıların açıqlamasında vurğulanıb ki, hətta bu metod ilə dələduzluq hallarının həyata keçirilməsi üçün ödəniş terminalının smartfonun yaxınlığında olmasına belə ehtiyac yoxdur. Bu xətadan istifadə edərək, bir qitədən digər qitəyə “fraud” əməliyyatı həyata keçirilərək istehlakçının maddi vəsaiti ələ keçirilə bilər.  

Related posts

TikTok qadağaların dayandırmaq üçün ABŞ Ali Məhkəməsinə müraciət edib

Azərbaycan ötən ay mobil internetin sürətinə görə 2 pillə geriləyib

Google 20 milyard dollarlıq sərmayə qoymağa hazırlaşır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı