Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb

Proses sabah yekunlaşacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb.

Bu gün Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə  müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi. Sabah isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə həmin ödənişlər təmin ediləcək.

Yaşı 65-dən yuxarı olan və bu növlərdə ödəniş alan şəxslərin yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq (hər hansı faiz tutulmadan) sahiblərinə çatdıra bilərlər.

Qrafikə əsasən aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı