Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının özəlləşdirilməsi üzrə aprel ayının 4-də hərrac keçirilib. Hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri yaşayış sahəsi, 8-i nəqliyyat vasitələridir.
Qeyd edək ki, hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Poliklinika 350 min 200 manata özəlləşdirilib.