Aqrar Sığorta Fondu Bakıda keçirilən “Caspian Agro” kənd təsərrüfatı sərgisində iştirak edib

Ziiyarətçilərə və fermerlərə aqrar sığortanın faydaları və üstünlüklərinə dair geniş məlumat verilib

15-17 may 2024-cü il tarixlərində Bakı Ekspo Mərkəzində 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro”) və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi (“InterFood Azerbaijan”) keçirilib.

Üç gün davam edən və 38 ölkədən 500-ə yaxın şirkətin qatıldığı “Caspian Agro” sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativ texnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayiş olunub. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika, pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, alternativ enerji mənbələri kimi smart bölmələrdə maraqlı məlumatlar əldə ediblər.

Bu il keçirilən “Caspian Agro” kənd təsərrüfatı sərgisində Azərbaycanda ilk dəfə olaraq dövlət dəstəyi ilə aqrar sığorta xidmətləri tətbiq edən Aqrar Sığorta Fondu da təmsil olunub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 19 avqust saylı fərmanı ilə yaradılmış Aqrar Sığorta Fondu fermer və təsərrüufatları çoxsaylı risklərdən qoruyur, onlara dəyən zərərləri kompensasiya edir və bununla da dayanıqlı fəaliyyətini təmin edir.

Azərbaycanda aqrar sığorta dövlət dəstəyi ilə tətbiq edilir, yəni aqrar sığorta haqqının 50%-ni fermerə dəstək məqsədilə dövlət özü ödəyir. Nəticədə fermerlər cüzi məbləğ ödəməklə öz təsərrüfatlarını sığortalaya bilirlər.

Sərgidə təşkil edilmiş Aqrar Sığorta Fondunun stendində indiyədək bu sahədə görülən işlər, həyat keçirilən sığorta ödənişləri barədə məlumatlar, video çarxlar, sığorta haqqının hesbalanması üçün sığorta kalkulyatoru nümayiş etdirilib.

Stendin ziyarətçilərinə, o cümlədən Azərbaycanın 42 rayondan gələn fermerlərə aqrar sığorta mexanizmi, onun faydaları və üstünlükləri, aqrar sığorta haqları, sığortalanmaq üsulları və sair faydalı məlumatlar verilib, fondun hədiyyələri təqdim edilib.

Bildirilib ki, Aqrar Sığorta Fondu tərəfindən fermer və təsərrüfatlara ödənişlər sürətlə artır. 2023-cü ildə zərərlə üzləşən təsərrüfatlara 4,4 milyon manat ödəniş edilib ki, bu da 2022-ci illə müqayisədə 80% artıqdır, ödənişlər indi də fasiləsiz olaraq həyata keçirilməkdədir.

Related posts

İsraillə iqtisadi əlaqələr müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələr müzakirə olunub

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru ilə görüş keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı