Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aqrar Sığorta Fondu Goranboyda zərərçəkmiş fermerə - 35 min manat ödəniş edib - BBN

Aqrar Sığorta Fondu Goranboyda zərərçəkmiş fermerə – 35 min manat ödəniş edib

Aqrar Sığorta Fondu sığorta hadisələri nəticəsində zərər çəkən fermer və təsərrüfatlara ödənişlərini davam etdirir.

Goranboy rayonundan olan fermer İsmayıl Əsgərovun rayonun Şadılı kəndində yerləşən təsərrüfatı sel-subasma və dolu hadisəsi nəticəsində zərər çəkib. Ekspertlər tərəfindən zərərin həcmi müəyyən edilib və dəymiş zərərin qarşılığı olaraq fermerə 35 min 618 manat ödəniş edilib.

Əkin sahəsini 50 faiz dövlət dəstəyi ilə sığortalayan İsmayıl Əsgərov Aqrar Sığorta Fondunun xidmətindən razı qaldığını bildirib, bütün fermerləri bu sərfəli imkandan istifadə edərək əkin sahələrini sığortalamağa çağırıb.

Qeyd edək ki, payızlıq əkin sahələrinin sığortalanması üçün fermerlərin müraciət tarixi 19 yanvar 2024-cü il tarixinədək uzadılıb. Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişləri göndəriləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta etdirə biləcəklər.

Aqrar sığorta əkin sahələrini təbii hadisələr, yağıntı, dolu, sel, fırtına, qasırğa, həmçinin 3-cü şəxslərin hərəkətləri və sair risklərdən qoruyur.

Aqrar Sığorta Fondu fermerləri 50 faizlik dövlət dəstəkli sığortadan faydalanmağa, əkin sahələrini, o cümlədən meyvə bağlarını baş verə biləcək hadisələrdən sığortalamağa çağırır.

Related posts

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair monitorinq səfəri həyata keçirilib

“Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” təşəbbüsü Naxçıvanda enerji səmərəliliyi barədə məlumatlılığı artırır

2026-cı ildə aqrar sektorda süni intellektin tətbiqinin genişləndirilməsi əsas vəzifələrdən olacaq

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı