Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
Aqrar Sığorta Fondu ilə TARSİM arasında əməkdaşlıq müzakirə edilib - BBN

Aqrar Sığorta Fondu ilə TARSİM arasında əməkdaşlıq müzakirə edilib

Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM arasında əlaqələr daha da genişlənəcək.

Aqrar Sığorta Fondu ilə Türkiyənin Kənd Təsərrüfatı Sığortaları Sistemi – TARSİM arasında əlaqələr daha da genişlənəcək.

İki qardaş ölkənin aqrar sığorta təşkilatları arasında əlaqələrin daha da genişlənməsi Aqrar Sığorta Fondunun idarə heyətinin sədr müavini Firdovsi Ağaşirinovun Türkiyəyə səfəri zamanı müzakirə edilib.

Türkiyədə TARSİM Müşahidə Şurasının üzvü və təşkilatın baş direktoru Bekir Engürülü ilə görüşdə, TARSİM rəhbərliyinin oktyabrın əvvəlində Bakıya səfərinin nəticələri, eləcə də TARSİM-lə ASF arasında əlaqələrin genişlənməsi müzakirə edilib.

Bundan başqa, görüşdə aqrar sığorta və son illər aktuallaşan fəlakət risklərinin idarə edilməsi üzrə Türkiyə və Azərbaycan təcrübəsinin digər ölkələrdə tətbiqi imkanları barədə də fikir mübadiləsi aparılıb.

Related posts

AQEM-ə üzv ölkələr KOB-ların yaşıl iqtisadiyyata keçidinə dair təcrübələrini bölüşüblər

“ASAN xidmət” qlobal məkanda nümunə kimi təqdim olunur

Naxçıvanın iqtisadi potensialı və tətbiq edilən güzəştlərlə bağlı tədbir keçirilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı