Aqrar Sığorta Fondu müsabiqə elan edir

Müsabiqədə qalib gələn əməkdaşlar ASİHİB-nin diplom və mükafatları ilə təltif olunacaqlar.

1 noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı ilə əlaqədar Aqrar Sığorta Fondunda “Ən operativ əməkdaş”, “Ən yaxşı komanda əməkdaşı”, “Ən intizamlı əməkdaş”, “Ən məhsuldar əməkdaş” nominasiyaları üzrə müsabiqə elan edilib.

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi (ASİHİB) və Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan müsabiqə əmək fəaliyyətində səmərəliliyin artırılması üçün stimulların yaradılması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Daxili sorğu əsasında qaliblərin müəyyənləşdiyi müsabiqədə namizədlərin iş performansı və nailiyyətləri, yüksək əmək intizamına əməl etmələri, fərdi keyfiyyətləri və kollektivlə işləmək bacarıqları nəzərə alınır.

Müsabiqədə qalib gələn əməkdaşlar ASİHİB-nin diplom və mükafatları ilə təltif olunacaqlar.

Related posts

Azərbaycanda əkin sahələri üzrə aqrar sığorta ödənişləri 70% artıb!

İcbari Sığorta Bürosu ISO beynəlxalq sertifikatlarına layiq görülüb

“AtaSığorta” ASC-yə müvəqqəti inzibatçı təyin olunub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı