Aqrar Sığorta Fondunda iqtisadçı ekspertlərlə görüş keçirilib

Azərbaycanda kənd təsərrüfatı sektoru üzrə sığorta xidməti göstərən Aqrar Sığorta Fondu cəmiyyətin müxtəlif təbəqələri üzrə məlumatlandırma işini davam etdirir.

Məlumatlandırma tədbirləri çərçivəsində Aqrar Sığorta Fondunda iqtisadçı ekspertlərlə görüş keçirilib.

Görüşdə Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov və İdarə Heyəti sədrinin müavini Firdovsi Ağaşirinov tərəfindən ekspertlərə aqrar sığorta mexanizmi, onun fəaliyyət prinsipi, aqrar sığortaya dövlət dəstəyi, fermer və təsərrüfatların aqrar sığortadan istifadə imkanları barədə məlumat verilib. Eləcə də ölkədə aqrar sığorta mexanizminin əhəmiyyəti, bu mexanizmin yaranması, Aqrar Sığorta Fondunun fəaliyyəti, 2023-cü ilin yekunları və qarşıdakı dövr üçün planları da açıqlanıb.

Bildirilib ki, Azərbaycanda Türkiyənin TARSİM təşkilatının təcrübəsi və dəstəyi ilə qurulan və 4 ildir ki, fəaliyyət göstərən Aqrar Sığorta Fondunun xidmətləri ölkədəki əkin ərazilərinin 96%-ni əhatə etmək iqtidarındadır. Ötən dövrdə Fondun xidmətlərindən istifadə edən fermerlərin sayı, toplanan sığorta haqlarının məbləği və sığorta ödənişlərinin məbləği sürətlə artmaqdadır. Görüşdə aqrar sahəyə təsir edən risklər və onların idarə edilməsi, təkrar sığorta mexanizmi, sığorta tariflərinin formalaşma prinsipi barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, qarşıdakı illərdə sığorta olunan məhsulların və aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda, müxtəlif səbəblərdən zərərlə üzləşən təsərrüfatlara dəstək üçün beynəlxalq təcrübəyə əsaslanan yeni mexanizmlərin tətbiqi müzakirə edilir.

Görüşdə iştirak edən, iqtisadçı ekspertlərin aqrar sığorta mexanizminin iş prinsipi, fermerlərin maarifləndirilməsi, müstəqil aqrar sığorta ekspertlərinin fəaliyyəti, Aqrar Sığorta Fondunun iqtisadi göstəriciləri və digər aktual məsələlərlə bağlı sualları cavablandırılıb. Aqrar sığortanın tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Taxıl sahələrinin 85 faizində biçin başa çatıb

Azərbaycanın IV Könüllü Milli Hesabatı BMT-yə təqdim edilib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı