Aqrar Sığorta Fondunun nümayəndələri Ağdamda pambıqçı fermerlərlə görüş keçirdi

ASF-in İdarə Heyətinin üzvü Roman Əmircanov fermerlərin pambıqçılıq üzrə başlanan zərər ödənişlərinin gedişatı, sığorta qaydaları, əkinlərin bəyan olunması, sığorta müqaviləsinin bağlanması zamanı diqqət edilməsi lazım olan məqamlar haqqında məlumat verib.

Ağdamda pambıq yığımı davam edir. Aqrar Sığorta Fondunun nümayəndələri Ağdamda pambıq istehsalı ilə məşğul olan fermerlərlə görüş keçiriblər. MKT – Ağdam filialında təşkil olunan görüşdə Aqrar Sığorta Fondunun İdarə heyətinin üzvü Roman Əmircanov, Əməliyyat Departamentinin aparıcı mütəxəssisi İsa İbrahimli, MKT Ağdam filialının direktoru Amil Rəşidov, baş aqronom Rövşən Ağayev, pambıq istehsalçıları, geniş təsərrüfatları olan fermerlər iştirak ediblər. Roman Əmircanov dövlət dəstəkli aqrar sığorta mexanizminin fəaliyyəti, hazırki vəziyyət, əldə olunan nailiyyətlər, davam edən zərər ödənişləri, fermerlərimizin bu sahəyə marağının günbəgün artması haqqında məlumat verib. Onun sözlərinə görə pambıqçılığın kənd təsərrüfatının ən gəlirli istiqamətlərindən birinə çevrilməsi fermerlərin bu sahəyə marağını ildən-ilə artırır. Dövlət dəstəyi mexanizmlərinin genişlənməsi nəticəsində pambıqçılıq ənənələrinin güclü olduğu rayonlarda fermerlər bu bitkinin becərilməsinə daha çox üstünlük verirlər. 2022-ci ildə respublikda ümumilikdə 7728 müqavilə üzrə 32 000 hektara yaxın pambıq sahəsi sığortalanıb. Bu da öz növbəsində 9 000 000 manata yaxın riskin sığorta təminatı altına alınması deməkdir. Ağdamda bu il 819 hektar pambıq sahəsinin  sığortalandığını deyən Roman Əmircanov bildirib ki, artıq fermerlərimiz kənd təsərrüfatında sığortanın nə dərəcədə əhəmiyyətli olduğunu anlayır və fəaliyyətlərinin davamlılığı, gəlirlərinin qorunması üçün bu xidmətdən maksimum istifadə edirlər. Toxum səpinindən sonra sahələrinə dolu düşən pambıqçı fermerlər ərazilərində apardıqları aqrotexniki qulluq və bu tədbirlərin uğurlu nəticəsi ilə bağlı məlumat veriblər. Onların sözlərinə görə vaxtında görülən tədbirlər nəticəsində məhsuldarlığın yüksək olacağını gözləyirlər. ASF-in İdarə Heyətinin üzvü Roman Əmircanov fermerlərə pambıqçılıq üzrə başlanan zərər ödənişlərinin gedişatı, sığorta qaydaları, əkinlərin bəyan olunması, sığorta müqaviləsinin bağlanması zamanı diqqət edilməsi lazım olan məqamlar haqqında fermerləri maraqlandıran çoxsaylı sualları cavablandırıb, lazımi tövsiyyələrini verib. Pambıqçı fermerlər görüşdən məmnun qaldıqlarını, aqrar sığorta sistemi haqqında məlumatlılığın artırılması üçün faydalı olduğunu bildiriblər.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı