Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev tabeli qurumların fəaliyyəti ilə tanış olub

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Lənkəran, Astara, Lerik və Salyan rayonlarında yerləşən tabeli qurumların fəaliyyəti, həmçinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin laboratoriyalarında görülən işlərlə tanış olub. İnzibati binalara və sort sınaq sahələrinə baxış keçirib, əməkdaşlarla görüşüb.

Görüşlərdə sədr Sərdar Hacıyev aqrar sahəyə göstərilən dövlət dəstəyinin əhəmiyyəti və bu sahənin daha da inkişaf etdirilməsi üçün qarşıya qoyulan əsas hədəflər barədə məlumat verib. Heyvanlarda vaksinasiya tədbirlərinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, mütəxəssislərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə yeni innovativ texnologiyalara dair maarifləndirici tədbirlərin aparılması, fermerlərə göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasının əhəmiyyəti barədə danışıb.

Həmçinin, Sort Sınaq məntəqələrinin, Regional Təlim Mərkəzlərinin, laboratoriyaların  fəaliyyətinin günün tələbləri səviyəsində qurulması, şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinin  vacibliyi  iştirakçıların nəzərinə çatdırılıb.

Sonda mütəxəssislərin gördüyü işlərə dair məlumatlar dinlənilib, səslənən təkliflər qeydə alınıb, mövcud çatışmazlıqların qısa müdddətdə aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələr verilib.

Related posts

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə mentorluq proqramının yekunlarına dair görüş keçirib

Mərkəzi Bankın sədr müavini Azərbaycan Banklar Assosiasiyası və kommersiya banklarının rəhbər şəxsləri ilə görüşüb

Ruanda nümayəndə heyəti “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı