Aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi ilə bağlı layihənin icrasına başlanır

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunda “Global əhəmiyyətli aqrobioloji müxtəlifliyin mühafizəsi və davamlı istifadəsi” layihəsi çərçivəsində görüş kecirilib. Görüşdə layihə rəhbəri Fərid Abbasov, kənd təsərrüfatı üzrə mütəxəssis Mehrac Abbasov, layihənin ekspertləri Elməddin Namazov və Xanbala Rüstəmov iştirak ediblər.

Layihə çərçivəsində aqrobiomüxtəlifliyin in situ və ex situ mühafizəsi komponenti daxilində milli genbankda nümunələrin saxlanılma şəraitinin yaxşılaşdırılması üzrə avadanlıqların alınması, Tərəvəzçilik Elmi-Tədqiqat İnsitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Bioresurslar İnstitutlarında olan kolleksiyaların saxlanılmasına dəstəyin göstərilməsi, hədəf rayonlarda və respublikanın cənub bölgəsində ekspedisiyaların davam etdirilməsi, toplanılmış bitki nümunələrinin tarla genbanklarında çoxaldılması, biomorfoloji əlamətlər əsasında qiymətləndirilməsi, əlamət və özək kolleksiyalarının yaradılması və Milli Genbankda saxlanılmasının təmin edilməsi haqqında müzakirələr aparılıb. Tarla genbanklarında müşahidələrin aparılması, fermerlərə dəstəyin davam etdirilməsi, onların məlumat bazasının zənginləşdirilməsi, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə danışıqların davam etdirilməsi, yeni bağın salınması və kolleksiya bağına dəstəyin göstərilməsi həyata keçirilməsi qərara alınıb.

Sonda Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Genbankına baxış keçirilib.

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı