ARDNF 292.6 milyon dollar məbləğində vəsait satıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) avqust ayı ərzində valyuta hərraclarında satdığı vəsaitin həcmini açıqlayıb. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2017-ci ilin avqust ayı ərzində 292.6 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

Qeyd edək ki, Cari ilin iyul ayında keçirilən valyuta hərraclarında ARDNF 253.2 mln. dollar satıb. Beləliklə, iyun ayı ilə müqayisədə avqustda Fond tərəfindən satılan valyutanın həcmi 15.56% artıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır